|
Uitni Hyuston
“Ölüm bizi ayırana qədər...”
«…Adi günlərdən biri. Otaqda sakitlikdi. Döşəmədə uzanmış qadının pıçıltısı bu səssizliyi pozur: “Sevincdə və kədərdə, xəstəlikdə və sağlıqda...”. Dodağından qan damcılayırdı. Dilində qanın acı tamını hiss edirdi. “Ölüm bizi ayırana qədər...” - pıçıldaya-pıçıldaya dizləri üstə qalxdı. Evin açıq qalmış qapısından ərinin maşına necə mindiyini gördü. Çənəsinin dəhşətli ağrısını hələ indi-indi hiss etməyə başlamışdı. Əri yumruqla çənəsinə zərbə endirmişdi. Uitni çətinliklə də olsa ayağa qalxa bildi, üzünə soyuq kompres qoymaq üçün vanna otağına keçdi. Axı sabah konsertdir, elə etmək lazımdır ki, sabaha kimi üzündəki şişkinlik azalsın. Üzünün göyərmiş nahiyələrini isə vizajist qaydasına salar, axı bu, birinci dəfə baş vermirdi»
__________________________________________________________________
__________________________________________________________________
Umgülsüm
«Bir röyamı oldu o gördüklərim?»
«…Yerimizdən qalxıb bayıra çıxırıq. Uborniyadan (ayaqyolundan -red.) qayıtdıqdan sonra çay içirik. Çay vedrəyə tökülüb qoyulmuşdur. Kamerada çay içmək və xörək yemək üçün cəmi on səkkiz qab vardır. Bu qablar həbsxananındır. Otuz altı arvad bu qabda həm xörək yeyəcəyik, həm də çay içəcəyik. Xörəkdən sonra yuyulmayan qablarda növbə ilə çay içmək qanımızı yemək kimi bir şeydir. Bunu Allah düşmənə də qismət eləməsin!
Günorta yeməyimiz də gəlmişdir. Vedrəmizi şorba ilə doldurmaq üçün qapı ağzına qoydular. Biz bunu yeməliyik. Lakin bu, yeyiləcək bir şey deyil. Yeyilməsi mümkün olmayan ağ rəngli şorbanı taxta qabdan növbə ilə yemək lazımdır. Güc-zor, ağlaya-ağlaya, öyüyə-öyüyə yeyirik. Aclıqla oyun olmaz, düz iki gündür acıq…».
___________________________________________________________________
___________________________________________________________________
QARA QARAYEV
Gələcəyin harayı
Deyilənə görə, ruslar ona Qara Qızılov, yaxud da Qızıl Qızılov deyirlərmiş. Düşünürəm ki, o bizim xalqa Ulu Tanrı tərəfindən göndərilən bir dürr, bir inci idi. Nə yazıq ki, elə sağlığında ona qarşı çıxanlar, böyüklüyünü qəbul etmək istəməyən paxıllar da vardı...
Qara Qarayev 1982-ci il mayın 13-də Moskvada gözlərini əbədi olaraq yumur. Tabutu Bakıya gətirilir, çox sevdiyi doğma vətənində - Fəxri Xiyabanda dəfn edilir.
___________________________________________________________________
___________________________________________________________________
OQTAY SAIQZADƏ
«Mir Cəfər Bağırov atamı bir daha narahat etməyəcəyinə söz verdi. Amma dediyi sözə əməl etmədi. Nəinki atam Seyid Hüseyn, hətta anam Umgülsüm xanım da onun caynaqlarından qurtula bilmədilər. Atam 1937-ci ilin iyununda, anam isə noyabr ayında həbs edildi. Bu ağlasığmaz bir ölüm kabusu idi ki, bütün ölkəni bürümüşdü. Günahı olanlar da, olmayanlar da onun «ət maşını»nın gözündən keçirilirdi. O zaman biz balaca idik. Valideynlərimiz həbs ediləndən sonra evimizi əlimizdən alıb həyətimizdə olan bir nəfərin ailəsinə verdilər, bizi isə küçəyə atdılar. Biz - 4 uşaq qaldıq küçədə».
__________________________________________________________________
__________________________________________________________________
AKADEMİK YUSİF MƏMMƏDƏLİYEV
…Onun misilsiz ixtiralarını görən rus alimləri Nobel mükafatına namizədliyini təklif edirlər. Məsələ1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasında müzakirəyə çıxarılır. İclasda şəxsən Baş katib Nikita Xruşşov, həmçinin büro üzvləri və üzvlüyə namizədlər iştirak edirdilər. Xruşşov və digərləri Yusif Məmmədəliyev haqqında çox yüksək fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması barədə razılığa gəlirlər. Elə bu zaman qəfildən iclasa ünvanlanan bir məktub hamını çaşdırır…
Məktubu yazanlar kimlər idi? Onlar hansı məqsədləri həyata keçirmək istəyirdilər?
___________________________________________________________________
___________________________________________________________________
Eyyub Tağıyev-100
Eyyub Tağıyev-100
«YAXŞI GÜNLƏR GÖRƏSƏN NƏ QƏDƏR QALIR?»
1955-ci il dekabrın 15-də Moskvadan Dehliyə uçan təyyarənin sərnişinləri arasında 4 nəfər xüsusilə fərqlənirdi. Uzun yol yorğunluğuna baxmayaraq bu adamlar şən zarafatlarından qalmırdılar. Onların arasında zahirən italyan kinoaktyorlarına bənzəyən 40-45 yaşlarında yaraşıqlı kişi xüsusilə fərqlənirdi. O zaman sərnişinlərin ağlına da gəlməzdi ki, bir neçə aydan sonra bu insanlar gənc Hindistan Respublikasının və onun vətəndaşlarının taleyində dönüş sayıla biləcək bir missiyanı yerinə yetirəcəklər və bu missiyanın baş qəhrəmanı da məhz kinoaktyora bənzətdikləri insan - Eyyub Tağıyev olacaq. O, yeganə neftçi idi ki, bacarığına, səmərəli işinə görə SSRİ hökuməti tərəfindən düz 3 dəfə Stalin mükafatına layiq görülmüşdü.
YANVAR AYININ ASTROLOJİ PROQNOZU |